AİB "COVID-19"la mübarizəyə indiyədək 9 mlrd. dollardan çox vəsait ayırıb

AİB "COVID-19"la mübarizəyə indiyədək 9 mlrd. dollardan çox vəsait ayırıb
# 04 avqust 2020 11:23 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) indiyədək inkişaf etməkdə olan üzv ölkələrə və özəl sektora COVID-19 pandemiyasının təsirini yumşaltmaq və aradan qaldırmaq üçün 9,3 mlrd. dollar həcmində maliyyə yardımı ayırıb.

"APA-Economics"in banka istinadən verdiyi məlumata görə, maliyyə yardımı fevral ayından başlayıb və AİB-in 20 mlrd. dollarlıq COVID-19 pandemiyasına cavab paketinin bir hissəsidir.

“COVID-19 pandemiyası inkişaf etməkdə olan üzv ölkələrə və dünya iqtisadiyyatına misli görünməmiş dərəcədə təsir edib. Pandemiya ilə mübarizə üçün bütün mümkün resursları yönəldirik və müsbət maliyyə axını təmin etmək və bölgənin mümkün qədər tez bərpa olunmasına kömək etmək üçün sürətli və böyük miqyaslı reaksiya verdik,”-deyə AİB-in prezidenti Masatsuqu Asakava bildirib.

Qeyd edək ki, AİB 1999-cu ildən Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 4,61 mlrd. həcmində vəsait dəstəyini təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR