AİB Gürcüstana 100 mln. dollarlıq kredit xəttini təsdiq edib

#
# 11:02
29 may 2020

Asiya İnkişaf Bankı COVID-19 pandemiyasının yayılmağının qarşını almaq, yerli müəssisələrə dəyən ziyanın yumuşaldıması və əhalinin dolanışığını yaxşılaşdırmaq üçün Gürcüstana 100 mln. ABŞ dolları həcmində kredit xəttini təsdiq edib.

"APA-Economics"in banka istinadən verdiyi məlumata görə, təsdiqlənən kredit xətti dövlətin sosial yardım tədbirlərini maliyyələşdirməyə kömək etməklə,  böhrana daha həssas olan əhaliyə dəstək olacaq. Bura pandemiya nəticəsində işlərini itirə biləcək 350 000-ə qədər rəsmi sektor işçisi üçün müvəqqəti ödənişlər, 250 000-ə qədər qeyri-rəsmi və ya özünə işləyən işçilər üçün birdəfəlik ödəmələr, 1,2 mln. ailə üçün kommunal xidmətlər üçün subsidiya və altı aylıq doqquz əsas ərzaq məhsulunun qiymət dondurulması daxildir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR