AİB-in Azərbaycan üzrə portfeli ötən il 30% azalıb

AİB-in Azərbaycan üzrə portfeli ötən il 30% azalıb
# 08 may 2020 16:05 (UTC +04:00)

2019-cu ildə Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə portfeli 30,2% azalaraq 1,155 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics"in bankın 2019-cu ilin yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, 500 mln. dollar dəyərində olan azalma ölkənin 2019-cu ildə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması üçün AİB-in 500 mln. dollar məbləğində kreditindən imtinası nəticəsində olub.

AİB qeyd edir ki, hesabat ilinin sonunadək bankın Azərbaycan üzrə portfelinə daxil olan qrantların və kreditlərinin 41%-i hələ istifadə edilməyib.

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 4,4 mlrd. həcmində vəsait ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR