AMB açıq bankçılıq üzrə yol xəritəsinin gələn ay tamamlanacağına ümid edir

AMB açıq bankçılıq üzrə yol xəritəsinin gələn ay tamamlanacağına ümid edir
# 30 aprel 2021 13:33 (UTC +04:00)

Ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı yeni qanun layihəsi ilə bağlı Maliyyə Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə müzakirəli tamamlamışıq

"APA-Economics"in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib. Onun sözlərinə görə, qanun müəyyən açıq məsələlər var və bununla bağlı Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi ilə müzakirələr aparılır.

"Planımızda may ayının sonunadək bu müzakirələri bitirib, qanunun artıq razılaşdırılmış variantını aidiyyəti üzrə təqdim etmək var", - AMB rəsmisi bildirib.

Tədbirdə çıxış edən AMB-nin baş direktoru Fərid Osmanov qeyd edib ki, sözügedən qanunda Avropa üzrə ödəniş sistemləri direktivinə uyğun olaraq açıq bankçılıq infrastrukturunun formalaşdırılması məsələləri də qeyd edilib: "Bu istiqamətdə biz IFC (Beynəlxalq Maliyyə Korporasiyası – red.) ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstəririk. Ümumiyyətlə, kredit təşkilatları və banklarla müvafiq sorğular həyata keçirmişik və bu sorğular artıq tamamlanıb. Açıq bankçılıq prinsiplərinin ölkəmizdə də tətbiqi istiqamətində qiymətləndirmə işləri yekunlaşıb, müvafiq yol xəritəsinin hazırlanmış son versiyasının AMB daxilində razılaşdırılaraq ictimaiyyətə yayımlanması istiqamətində işlər davam etdirilir. Ümid varıq ki, bu prosesin may ayı ərzində tamamlanacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR