AMB likvidliyin dəstəklənməsi məqsədilə sterilizasiya əməliyyatlarının həcmini azaldıb

AMB likvidliyin dəstəklənməsi məqsədilə sterilizasiya əməliyyatlarının həcmini azaldıb
# 30 aprel 2021 13:56 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə iqtisadiyyatında likvidliyin dəstəklənməsi məqsədilə sterilizasiya əməliyyatlarının həcmini azaldıb.

"APA-Economics"in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov bildirib.

O əlavə edib ki, hazırda bank sektorunda likvidlik səviyyəsi normanı iki dəfə üstələyir və 63-64% təşkil edir.

Qeyd edək ki, 2020-ci il ərzində iqtisadiyyatda likvidliyin effektiv idarə olunması məqsədilə AMB müxtəlif müddətli bazar əməliyyatları aparırdı. COVID-19 pandemiyasının başladığı ötən ilin mart ayından bəri AMB makroiqtisadi sabitlik və valyuta bazarı üzərində yaratmış olduğu təhdidlərin yumşaldılması məqsədilə sterilizasiya alətlərinin müddətlərinə dəyişiklik edib, bununla da sterilizasiya portfelinin durasiyası azaldılıb.

Xatırladaq ki, ötən il ərzində AMB milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 62 depozit hərracı keçirib. 2020-ci ilin sonuna depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlərin qalığı 300 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR