AMB-nin aktivlərinin gəlirliliyi ötən il azalıb

AMB-nin aktivlərinin gəlirliliyi ötən il azalıb
# 29 aprel 2021 17:15 (UTC +04:00)

2020-ci ilin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) cəmi aktivlərinin həcmi 25,486 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 12,7% çoxdur.

"APA-Economics"in AMB-in illik maliyyə hesabatına istinadən verdiyi məlumata görə, bank 2020-ci ili 52,485 mln. manatlıq mənfəətlə başa vurub. Beləliklə, ötən il AMB-nin aktivlərin ortalama rentabelliliyi (ROA) 0,22% təşkil edib ki, bu da illik müqayisədə 0,09 faiz bəndi azdır. Bankın ortalama cəmi kapitalına nisbətdə gəlirliyi (ROE) isə ötən il bir qədər artaraq 0,025% təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycanın bank sektoru üzrə aktivlərin ortalama rentabelliliyi 1,75% təşkil edib. ROE-yə gəldikdə, bu əmsal 12,23%-ə bərabər olub.

Qeyd edək ki, ROA (return on assets) xalis gәlirin ortalama ümumi aktivlәrә nisbәti kimi hesablanır və bankın gәlir әldә etmәk üçün öz aktivlәrindәn nә qәdәr effektiv istifadә etmәsini әks etdirir. ROE (return on equity) isə xalis gəlirin ortalama kapitala nisbәti kimi hesablanır və bankın kapitalını nə qədər səmərəli istifadə edilməsini göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR