AMB-nin bugünkü hərracında bankların valyutaya tələbi artıb

AMB-nin bugünkü hərracında bankların valyutaya tələbi artıb
# 14 aprel 2020 12:40 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 56,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (9 aprel 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 2,7% və ya 1,5 mln. çoxalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Ümumiyyətlə, bu ilin martın 10-dan bu günə kimi 12 hərrac keçirilib ki, bu hərraclarda banklar 1 913,6 mln. dollar əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR