AMB-nin dövlət büdcəsinə köçürmələri ötən il kəskin azalıb

AMB-nin dövlət büdcəsinə köçürmələri ötən il kəskin azalıb
# 29 aprel 2021 15:52 (UTC +04:00)

2020-ci il ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) dövlət büdcəsinə 1 mlrd. manat vəsait transfert edib.

"APA-Economics"in AMB-nin illik maliyyə hesabatına istinadən verdiyi məlumata görə, bu göstərici 2019-cu illə müqayisədə 49,34% azdır.

Bundan əlavə, ötən il AMB-nin beynəlxalq maliyyə institutları qarşısında öhdəlikləri üzrə daxilolmaları 231,371 mln. manat təşkil edib. Beynəlxalq Valyuta Fondu (borc öhdəlikləri) və digər maliyyə institutları qarşısında öhdəliklərinin həcmi isə 231,411 mln. manat təşkil edib.

Nəticədə, AMB ötən il maliyyə fəaliyyətinə 1 000,04 mln. manat yönəldib ki, bu da əvvəlki illə müqayisədə 48,7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR