AMB-nin maliyyə aktivlərinin 86%-i dollardadır

AMB-nin maliyyə aktivlərinin 86%-i dollardadır
# 29 aprel 2021 16:57 (UTC +04:00)

2020-ci ilin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) cəmi aktivləri 25,486 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 12,7% çoxdur.

"APA-Economics"in AMB-nin illik maliyyə hesabatına istinadən verdiyi məlumata görə, aktivlərin əsas 72,9%-lik payını borc qiymətli kağızları təşkil edir.

AMB-nin maliyyə aktivlərinə gəldikdə, 2020-ci ilin yekunlarına əsasən, bankın maliyyə aktivlərinin həcmi 14,750 mlrd. manat təşkil edir ki, bu da illik müqayisədə 22,4% çoxdur. Hesabata görə, maliyyə aktivlərinin 86%-i ABŞ dollarında, 9,7%-i avroda, qalanları isə digər valyutalardadır.

2020-ci ilin dekabrın 31-nə AMB-in cəmi öhdəliklərinin həcmi 25,486 mlrd. manata bərabər olub. Bu 2019-cu il ilə müqayisədə 12,7% çoxdur. Bankın cəmi öhdəliklərinin əsas hissəsini – 46,5%-ni dövriyyədə olan kağız və metal pullar təşkil edib.

Qeyd edək ki, requlyatorun maliyyə öhdəliklərinin həcmi 4,267 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur. İlin sonuna, bankın maliyyə öhdəliklərinin 75%-i dollarda olub.

Əlavə edək ki, 2020-ci ilin yekunlarına əsasən AMB-nin cəmi kapitalı 1,622 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 37,1% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR