AMB ötən il 69 mln. manatdan çox mənfəət əldə edib

#
# 12:00
6 may 2020

Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-cu il ərzində 69 184 min manat məbləğində mənfəət əldə edib.

"APA-Economics" bu barədə AMB-nin ötən il fəaliyyəti ilə bağlı KPMG şirkətinin audit hesabatına istinadən xəbər verir.

Audit hesabatına əsasən, hesabat dövründə bölüşdürülməmiş mənfəət 3 448 340 min manatdan 1 543 524 min manata enib.

Qeyd edək ki, AMB 2018-ci ildə 60 316 min manat zərər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR