AMB sədri: "Makroiqtisadi sabitlik, inflyasiya, məşğulluğa dəstəklə bağlı balanslı mövqe tutmağa çalışırıq"

#
# 11:16
13 may 2020

“Azərbaycan manatının məzənnəsi sabitdir. Bütövlükdə, təşviş dövründə təzyiqlər tam aradan qaldırılıb. Monetar sabitlik üçün əhəmiyyətli addımlar atılır”.

APA-Economics”in verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, ilk dörd ayın nəticəsinə əsasən, orta inflyasiya 3% təşkil edib. Bu da AMB və hökumətin hədəfindən aşağıdadır: “İnflyasiyanın ilin sonuna kimi məqsədlər, hədəf çərçivəsində olduğunu proqnozlaşdırırıq. Valyuta bazarında vəziyyət stabilləşib. Biz makroiqtisadi sabitlik, inflyasiya, məşğulluğa dəstəklə bağlı balanslı mövqe tutmağa çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR