AMB sədri: "Tədiyə balansında defisit gözləyirik"

AMB sədri: "Tədiyə balansında defisit gözləyirik"
# 01 may 2020 12:31 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin tədiyə balansı üzrə proqnozu dəyişib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.

“Tədiyə balansı proqnozu dəyişib. Əhəmiyyətli ixrac gəlirləri itirəcəyik, idxal da azalacaq. İstehlak tələbinin daralması idxalı da azaldacaq. Müxtəlif ssenarilərmiz var. Bugünkü vəziyyətdə beynəlxalq təşkilatların neft proqnozu var. Tədiyə balansında defisit yaranacağını gözləyirik. Son rəqəmlərə əsasən, bu, ÜDM-in 3%-i ətrafında ola bilər ki, bu da kifayət qədər strateji valyuta ehtiyatı olan ölkə üçün təhlükəli səviyyə deyil”, - deyə E. Rüstəmov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR