AMB uçot dərəcəsini dəyişməz saxlayıb

AMB uçot dərəcəsini dəyişməz saxlayıb
# 01 may 2020 12:05 (UTC +04:00)

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə Azərbaycvan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Faiz dəhlizinin yuxarı həddi 9%-dən 8%-ə endirlib. Aşağı hədd isə dəyişməz saxlanılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 19 mart 2020-ci ildə uçot dərəcəsinin 7,25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6,75%-ə qaldırılıb.

Qeyd edək ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərar 19 iyun tarixində açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR