ARDNF-in dövlət büdcəsinə builki transfertinin yuxarı həddi 7,5% artırılıb

ARDNF-in dövlət büdcəsinə builki transfertinin yuxarı həddi 7,5% artırılıb
# 31 avqust 2020 16:04 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il dövlət büdcəsinə yönəldəcək transfertin yuxarı həddi 7,5% artırılıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərmanında deyilir.

Qeyd olunub ki, əgər bundan öncə 2020-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 11 350 000,0 min manat təşkil edirdisə, dəyişikliyə əsasən bu göstərici 850 mln. manat və ya 7,5% artırılaraq 12 200 000,0 min manata çatdırılıb.

Xatırladaq ki, fərmana edilmiş dəyişikliklərə əsasən, Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 384 88,2 min manatdan 7 832 893,4 min manata endirilib, xərcləri isə 11 589 910,3 min manatdan 12 439 910,3 manata qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR