ARDNF-in karbohidrogen satışından əldə edilən xalis gəlirləri 37% azaldılıb

#
# 16:26
31 avqust 2020

Azərbaycan Respublikası Dövlət Neft Fondunun ölkənin payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirləri azaldılıb.

APA-Economics” bu barədə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına istinadən xəbər verir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsdiqlənmiş 2020-ci il büdcəsinin gəlirlərinə əsasən, Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 6 646 940,7 min manat nəzərdə tututulur. Bu da əvvəl təsdiqlənmiş göstəriciyə nisbətən 37% azdır.

Bundan başqa, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri 44% artırılaraq 6 646 940,7 min manata yüksəldilib.

Həmçinin, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 8,8% artırılaraq 21 080 min manata çatdırılıb. 

Eyni zamanda, Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirləri 2,6 dəfədən çox azaldılaraq 1 031 271,7 min manatdan 390 342,9 min manata endirilib.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar isə 765 340 min manatdan 767 777,4 min manata qaldırılıb.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR