ARDNF indiyədək dövlət büdcəsinə 115 mlrd. manata yaxın vəsait transfert edib

ARDNF indiyədək dövlət büdcəsinə 115 mlrd. manata yaxın vəsait transfert edib
# 03 may 2021 16:03 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2021-ci il 31 mart tarixinə 114 654 mln. manat həcmində vəsait dövlət büdcəsinə transfert edib.

Bu barədə "APA-Economics" Neft Fonduna istinadən xəbər verir.

Məlumata görə, ötən il ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində ilin I rübündə 2 513,7 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qeyd edək ki, 2021-ci il aprelin 1-ə Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 mln. ABŞ dolları) nisbətən 1,84% azalaraq 42 761,3 mln. ABŞ dollarına bərabər olmuşdur. Büdcə gəlirlərinin büdcə xərclərini üstələməsinə baxmayaraq aktivlərin həcminin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olub.

Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR