ARDNF investisiya portfelində ABŞ dollarının payını artırmağa davam edir

ARDNF investisiya portfelində ABŞ dollarının payını artırmağa davam edir
# 03 may 2021 15:15 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 31 mart 2021-ci il tarixinə investisiya portfelinin 68,6%-ni ABŞ dolları təşkil edib ki, bu da 31 mart 2020-ci il tarixinə olan göstərici ilə müqayisədə 2,6% bəndi çoxdur.

"APA-Economics"in Neft Fondunun 2021-ci ilin I rübünün yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci il 31 mart tarixinə avro ARDNF-in investisiya portfelinin 19,7%-ni, funt sterlinq – 5,2%-ni, Avstraliya dolları – 0,6%-ni, Türkiyə lirəsi – 0,6%-ni, Rusiya rublu – 0,6%-ni, Çin yuanı – 1,3%-ni, Yaponiya yeni – 1,5%-ni, digər valyutalar isə 1,9%-ni təşkil edib.

Qeyd edək ki, Fondun ABŞ dolları portfelinin 5 496,9 mln. dollarlıq hissəsini (12,9%) qızıl investisiyaları təşkil edib.

Xatırladaq ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 42 760,99 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR