Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2020-ci ilin oktyabr ayı ərzində 560,3 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
"APA-Economics" bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir.
Məlumata əsasən, oktyabrda valyuta satışında sentyabr ayı ilə müqayisədə 7,6% azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin sentyabrında ARDNF tərəfindən 606,4 mln. dollar məbləğində vəsait satılıb. Ötən ilin oktyabr ayı ilə müqayisədə isə bu göstərici 14,4% azalıb.
Bundan başqa, bu ilin yanvar-oktyabr aylarında ARDNF tərəfindən 6 170,4 mln. dollar məbləğində vəsait satılıb ki, bu da illik ifadədə 19,4% çoxdur.