ARDNF valyuta hərraclarında iyulda 515,5 milyon dollar satıb

ARDNF valyuta hərraclarında iyulda 515,5 milyon dollar satıb
# 04 avqust 2020 12:04 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin iyul ayı ərzində 515,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

APA-Economics” bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir.

Məlumata əsasən, iyulda valyuta satışında iyun ayı ilə müqayisədə 38% artım qeydə alınıb. Belə ki, 2020-ci ilin iyun ayı ərzində ARDNF tərəfindən 373,2 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Bildirək ki, bu ilin yanvar-iyul aylarında ARDNF tərəfindən 4 525,7 mln. dollar məbləğində vəsait satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR