AYİB 2020-ci ildə Azərbaycana 17 mln. avro vəsait ayırıb

AYİB 2020-ci ildə Azərbaycana 17 mln. avro vəsait ayırıb
# 09 yanvar 2021 12:53 (UTC +04:00)

2020-ci il ərzində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, ayrılan vəsaitin həcmi 2019-cu il ilə müqayisədə dəyişməyib, lakin layihələrin sayı 5-dən 6-ya yüksəlib.

Qeyd edək ki, hazırda AYİB-in Azərbaycandakı aktiv portfelinin həcmi 36 layihə üzrə 1,994 mlrd. avroya bərabərdir və buraya ödənilməmiş öhdəliklər də daxildir. Portfelin 77%-ni (920 mln. avro) dayanıqlı infrastrukturaya yatırımlar, 21%-ni (246 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 2%-ini (29 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 1,044 mlrd. avroya bərabərdir.

Xatırladaq ki, AYİB bu günə qədər Azərbaycana 175 layihə üzrə 3,123 mlrd. avro həcmində investisiya yatırıb. Ümumi investisiyaların 23%-i özəl sektorun payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR