Almaniyadakı yeni lokdaun bütün avrozona iqtisadiyyatını çökdürüb

Almaniyadakı yeni lokdaun bütün avrozona iqtisadiyyatını çökdürüb
# 01 may 2021 13:50 (UTC +04:00)

Üçüncü koronavirus dalğası səbəbindən Almaniya hökumətinin tətbiq etdiyi yeni məhdudiyyətlər, avrozonanın digər ölkələrini böhrana sürükləyib.

APA-Economics”in məlumatına görə, bu barədə “Deutsche Welle” Federal Statistika İdarəsinin hesabatına əsaslanaraq xəbər yayıb.

Qeyd olinur ki, bu ilin birinci rübündə Almaniyanın ÜDM-i 1,7% azalıb. Bu, qonşu dövlətlərin iqtisadiyyatlarına da təsirsiz ötüşməyib.

Ekspertlər azalmanın əsas səbəbini Almaniyada yeni lokdaunun tətbiq edilməsində görürlər. Məhz o ölkədəki istehlakçı tələbini iflic etdi və nəticədə əlaqəli prosesləri ləngidib.

İqtisadçıların hesablamalarına görə, 2021-ci ilin yanvar-mart aylarında avrozona ölkələrinin ümumi ÜDM-i 0,6% azalıb.

2020-ci ilin sonunda Almaniya iqtisadiyyatı tədricən canlanmağa doğru irəliləyirdi: pandemiya fonunda maksimum ÜDM artımı üçüncü rübdə qeydə alınıb - 8,7%.

Koronavirusun üçüncü dalğası Avropa ölkələrində martın ortalarında qeydə alınıb. Mütəxəssislər xəstələnmənin kəskin sıçrayışını virusun yeni mutasiyaları, eləcədə kifayət qədər aktiv olmayan vaksinasiya kampaniyası ilə əlaqələndirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR