"Atabank" və "Amrahbank"ın qorunan əmanətləri üzrə kompensasiyaların verilməsinə başlanılıb

"Atabank" və "Amrahbank"ın qorunan əmanətləri üzrə kompensasiyaların verilməsinə başlanılıb
# 01 iyun 2020 15:14 (UTC +04:00)

Bu gündən başlayaraq "Atabank" ASC və "Amrahbank" ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə "Kapitalbank" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsinə başlanılıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.

"1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə "KapitalBank" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi gözlənilir", - deyə E. Rüstəmov bildirib.

Bu iki banda agent bank olaraq "Kapitalbank" ASC-dir.

Bildirək ki, 16 iyun 2020-ci il tarixindən başlayaraq "AGBank" ASC və "NBC Bank" ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi, 15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi mümkün olacaq. Bu iki bankda isə agent olaraq Azərbaycan Beynəlxalq Bankı seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR