Avropa iqtisadiyyatı görünməmiş tənəzzül yaşayacaq

Avropa iqtisadiyyatı görünməmiş tənəzzül yaşayacaq
# 30 aprel 2020 18:05 (UTC +04:00)

Avropa iqtisadiyyatı yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən görünməmiş bir geriləmə yaşayacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard söyləyib.

Bankın proqnozuna görə, Avrozonada ÜDM 2020-ci ildə 5-12% azala bilər. Kəskin azalmanın bu ilin II rübündə qeydə alınacağı proqnozlaşdırılır.

"Ən pis halda, Avrozonada ÜDM 15%-ə enə bilər. Avropa iqtisadiyyatı 2021-ci ildə koronavirus böhranından sonra bərpa olunmağa başlayacaq",- deyə K. Laqard qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR