Avrozonada məşğulluq rekord səviyyədə artıb

Avrozonada məşğulluq rekord səviyyədə artıb
# 13 noyabr 2020 15:56 (UTC +04:00)

Bu ilin III rübündə Avrozonada məşğulluq II rüblə müqayisədə 0,9% artıb. Bu, hesablamaların başlandığı 1995-ci ildən bəri ən kəskin artım dinamikasıdır.

"APA-Economics"in "Eurostat"a istinadən verdiyi məlumata görə, bu ilin II rübündə isə regionda məşğulluq rüblük müqayisədə 2,7% azalmışdı.

İllik müqayisəyə gəldikdə, 2020-ci ilin III rübündə Avrozonada məşğul əhalinin sayı ötən ilin eyni rübü ilə müqayisədə 2% azalıb. II rübdə illik azalma 3,1%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR