Avrozonanın dövlət borcu 11 trln. avronu keçib

Avrozonanın dövlət borcu 11 trln. avronu keçib
# 24 aprel 2021 12:30 (UTC +04:00)

COVID-19 pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər fonunda 2020-ci ilin sonuna Avrozonanın dövlət borcu 11,108 trln. avro və ya ÜDM-in 98%-ni təşkil edib.

"APA-Economics"in "Eurostat"a istinadən verdiyi məlumata görə, ötən ilin IV rübü ərzində regionun dövlət borcunun ÜDM-ə nisbəti 0,8 faiz bəndi, ötən il ərzində isə 14,1 faiz bəndi artıb. Borcun 82,1%-ni borc qiymətli kağızları, 14,6%-ni kreditlər, 3,3% valyuta və depozitlər təşkil edib.

Ölkələrə gəldikdə, 2020-ci yekunlarına əsasən, dövlət borcunun ÜDM-ə nisbətinin ən yüksək olduğu ölkələr Yunanıstan (205,6%), İtaliya (155,8%), Portuqaliya (133,6%), İspaniya (120%), Kipr (118,2%), Fransa (115,7%) və Belçika (114,1%) olub. Borcun ən aşağı olduğu ölkələr isə Estoniya (18,2%), Lüksemburq (24,9%) və Bolqarıstandır (25%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR