"AzerGold" istiqrazlarının hərracında tələb təklifi 2,5 dəfə üstələyib

#
# 16:58
24 sentyabr 2020

Bakı Fond Birjasında “AzerGold” QSC-nin AZ2001019879 dövlət qeydiyyat nömrəli, 10 mln. ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, “AzerGold”un 10 mln. dollar məbləğində kütləvi təklif üsulu ilə ticarətə buraxılmış istiqrazları üzrə 25 mln. dollardan yuxarı məbləğdə sifariş toplanıb. Beləliklə, rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi 2,5 dəfə üstələyib.

Hərrac zamanı 40 investor tərəfindən qiymət intervalı 100,0000 (4,00%) və 102,8587 (3,00%) olan 88 sifariş təqdim edilib. Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,8100 (3.71%), orta ölçülmüş qiyməti 101,7493 (3,38%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 592 600 dollar təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR