"AzerGold" ixrac gəlirlərini yanvar-noyabrda 26%-dən çox artırıb

"AzerGold" ixrac gəlirlərini yanvar-noyabrda 26%-dən çox artırıb
# 30 dekabr 2020 15:31 (UTC +04:00)

"AzerGold" QSC 2020-ci ilin yanvar-noyabr ayları ərzində 99,8 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,3% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, keçən ilin müvafiq dövründə QSC 79 mln. dollar dəyərində məhsul ixrac edib.

"AzerGold" QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1 047 nömrəli Sərəncamına əsasən təsis edilib.

QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR