"Azexport" portalına indiyədək 1,9 mlrd. dollar dəyərində ixrac sifarişləri daxil olub

"Azexport" portalına indiyədək 1,9 mlrd. dollar dəyərində ixrac sifarişləri daxil olub
# 30 iyun 2020 12:35 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında "Azexport.az" portalına 273,9 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin may ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 64,7 mln. dollar təşkil edib.

Bu ilin may ayında "Azexport.az" portalına ən çox ixrac sifarişi pomidor, fındıq, biyan kökü, tütün, yumurta, buğda unu, kartof, yür kökü, çuğundur, kələm, sarımsaq, soğan, şərab, qənnadı məhsulu, metal konstruksiya, boya, çay, nar konsentratı, bal, albalı, meyvə kompotu və s. mallara daxil olub. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 may tarixinə kimi (41 ay ərzində) "Azexport.az" portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1,9 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR