Azərbaycan Beynəlxalq Bankı sahibkarlara 50%-dək güzəştli tariflər təklif edir ®

Azərbaycan Beynəlxalq Bankı sahibkarlara 50%-dək güzəştli tariflər təklif edir ®
# 01 iyun 2020 15:36 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankının bank ticarət və xidmət məkanlarında POS-terminallardan istifadə üzrə komissiya xərclərini azaldıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, sahibkarlar 30 sentyabra qədər Azərbaycan Beynəlxalq Bankının POS-terminallarından 50%-dək güzəştli tariflərlə istifadə edəcəklər. Bu güzəşt həm Azərbaycan Beynəlxalq Bankının POS-terminallarına, həm də bankın “e-commerce” sistemi vasitəsilə aparılan onlayn əməliyyatlara şamil edilir.

Qeyd edək ki, ötən ay bank məsafədən hesabın açılması xidmətini müştərilərə təqdim edib. Eyni zamanda, virtual POS-terminal funksiyasını yerinə yetirən “IBA Link” xidmətini istifadəyə verib.

Beləliklə, sahibkarlar xidmət ofislərinə gəlmədən Azərbaycan Beynəlxalq Bankında hesab aça, qısa müddətdə öz elektron ticarət sistemlərini qura və bankın yaratdığı endirim imkanından faydalana bilərlər. Əgər indiyə qədər virtual POS-terminalın əldə edilməsi sahibkarın banka müraciətindən sonra uzun müddət çəkirdisə, indi hər bir sahibkar maksimum 2 gün müddətinə virtual POS-terminalı əldə edə bilər. “IBA Link” 24/7 rejimində çalışır. Bankın tərəfdaşları bu xidmətə istənilən zaman qoşula bilərlər. Bunun üçün xüsusi inteqrasiya proseslərinə gərək yoxdur. Bu xidmətdən istifadəyə görə qoşulma və xidmət haqqı da tələb olunmur. Xidmətə buradan qoşulmaq mümkündür. Bankda məsafədən hesabın açılması isə bu portal üzərindən həyata keçirilir. Belə bir imkandan faydalanmaq üçün hüquqi şəxs və ya fərdi sahibkar “ASAN İmza”ya sahib olmalıdır.

Xatırladaq ki, bankın sentyabrın 30-a qədər elan etdiyi kampaniyada fiziki şəxs müştərilər üçün də müəyyən güzəştlər nəzərdə tutulur. Bu tarixə qədər fiziki şəxs müştərilər respublika üzrə köçürmələrini Azərbaycan Beynəlxalq Bankının xidmət ofislərində 50% endirimlə apara bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR