Azərbaycan Beynəlxalq Bankı səyyar bankomatlar layihəsinə başlayıb ®

Azərbaycan Beynəlxalq Bankı səyyar bankomatlar layihəsinə başlayıb ®
# 13 aprel 2020 12:50 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı xüsusilə pensiyalar verilən vaxtlar bankomatlar qarşısında növbələrin yaranmaması üçün əhali sıxlığının böyük olduğu ərazilərə səyyar bankomatların göndərilməsinə başlayıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, pensiyaçılar öz pensiyalarını Azərbaycan Beynəlxalq Bankının bankomatları ilə yanaşı, ölkədəki bütün bankların bankomatlarından da komissiyasız nağdlaşdıra bilərlər.

Pensiyaya yeni çıxmış insanların öz pensiya kartlarını almaqdan ötrü karantin rejimi dövründə banka gəlmək ehtiyacını aradan qaldırmaqdan ötrü Azərbaycan Beynəlxalq Bankı “Böyüklərə hörmətlə” təşəbbüsü çərçivəsində pensiya kartlarının evdə çatdırılması xidmətinin tətbiqinə də başlayıb.

Pensiyaçılar buradan onlayn sifariş etməklə hazır pensiya kartlarını yaşadıqları ünvanda əldə edə bilərlər. Kartın ünvana çatdırılmasına görə heç bir xidmət haqqı tələb olunmur.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı müddəti martda tamamlanmış pensiya kartlarının istifadə vaxtını da apreldən başlayaraq daha üç ay uzadıb. Kart sahibləri növbəti üç ay ərzində pensiyalarını bu kartlarla ala bilərlər. Müddəti uzadılmış pensiya kartları ölkədaxili nağdsız ödənişlər üçün də keçərlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR