Azərbaycan Böyük Britaniyadan idxalı artırıb

#
# 11:05
22 iyun 2020

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın Böyük Britaniya ilə apardığı ticarət mübadiləsinin həcmi 116,4 mln dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2020-ci ilin ilk beş ayında Azərbaycandan Böyük Britaniyaya ixracın həcmi 8,1 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 175,4 mln dollar və ya 22,6 dəfə azdır.

İdxalın həcmi isə 108,3 mln. dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10,2 mln. dollar və ya 10,4% artıb.

Nəticədə, hesabat dövründə 100,2 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə -185,6 mln. dollar fərq deməkdir. Ötən ilin eyni dövründə saldo müsbət idi və 85,4 mln. dollar təşkil etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR