Azərbaycan Qazaxıstana ixracı kəskin artırıb

#
# 11:44
22 aprel 2020

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın Qazaxıstanla apardığı ticarət mübadiləsinin həcmi 30 832,11 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 36 749,1 min dollar və ya 2,2 dəfə azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycandan Qazaxıstana ixracın həcmi 8 209,5 min dollar təşkil edib. Bu göstərici 2019-cu ilin analoji ayları ilə müqayisədə 3 736,6 min dollar və ya 83,5% çoxalıb. İdxalın həcmi isə 22 622,6 min dollara bərabər olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 40 485,7 min dollar və ya 2,8 dəfə azalıb.

Nəticədə, hesabat dövründə 14 413,1 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 44 222,2 min dollar və ya 4 dəfə azdır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR