Azərbaycan ÜDM-i 2024-cü ildə 89,5 mlrd. manata çatacaq - PROQNOZ

Azərbaycan ÜDM-i 2024-cü ildə 89,5 mlrd. manata çatacaq - PROQNOZ
# 03 sentyabr 2020 10:52 (UTC +04:00)

2021-ci il və ortamüddətli dövrdə iqtisadi artım templərinin nisbətən bərpa edilməsi ilə Azərbaycanda ÜDM-in həcmi 2024-cü ildə 89,5 mlrd. manata qədər artacaq.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilir.

Qeyd edilir ki, qeyri-neft ÜDM növbəti ildə 3,5% real artımla 53,6 mlrd. manat təşkil edəcəyi gözlənilir. 2021-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun pay bölgüsündə ən böyük (33,2%) çəkiyə malik sənayedə 25 mlrd. manatlıq, kənd təsərrüfatında 5,6 mlrd. manatlıq (xüsusi çəkisi 7,4%), tikintidə 5,7 mlrd. manat, xidmətlərin istehsalında isə 31,8 mlrd. manat həcmində əlavə dəyər istehsal ediləcəyi gözlənilir. Məhsula və idxala xalis vergilər ÜDM-in strukturunda 9,7%-ə bərabər xüsusi çəkiyə malik olmaqla 7,3 mlrd. manat təşkil edəcək.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,1% artacağı proqnozlaşdırıldığı halda, neft sektorunda isə 3% artım gözlənilir. Pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət dəstəyinin göstərilməsi, vergi güzəştləri və eləcə də güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, o cümlədən bu istiqamətdə planlaşdırılan tədbirlərin reallaşdırılması və real sektorda iqtisadi aktivliyin yenidən əvvəlki səviyyədə bərpa edilməsi nəticəsində ortamüddətli dövr üzrə ən yüksək real artım turizm və informasiya-rabitə sektorları üzrə gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR