Azərbaycan alkoqollu içkilərin ixracını kəskin azaldıb

Azərbaycan alkoqollu içkilərin ixracını kəskin azaldıb
# 18 avqust 2020 12:06 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 7 373,21 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub. Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 57,5% azalıb.

Cari ilin yeddi ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,71%-ə bərabər olub.

Hesabat dövründə ölkəyə alkoqollu və alkoqolsuz içkilər və sirkə idxalının dəyəri 37 758,31 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 6,4% azdır.

Cari ilin yanvar-iyul aylarında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,64% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR