Azərbaycan bank sektorunun aktivləri ilin əvvəlindən 7% azalıb

Azərbaycan bank sektorunun aktivləri ilin əvvəlindən 7% azalıb
# 26 avqust 2020 13:28 (UTC +04:00)

Azərbaycanda bank sektorunun aktivləri ilin əvvəlindən 6,8% azalaraq bu il avqust ayının 1-nə 30 503,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu müddətdə müştərilərə verilən kreditlərin həcmi də 14 900,9 mln. manatdan 14 204,5 mln. manata enib.

Bank sektorunun cəmi öhdəlikləri ilin əvvəlindən 8,1% azalaraq cari il avqustun 1-nə 25 848,1 mln. manat təşkil edib. Bu müddətdə depozit portfeli( maliyyə institutları istisna olmaqla) 21 326,7 mln. manatdan 19 367,4 mln. manata azalıb. Portfelin 7 675,4 mln. manatını fiziki şəxslərin depozitləri əhatə edib. Hesabata əsasən, fiziki şəxslərin depozitlərinin həcmində ilin əvvəlinə nisbətən 9,8% azalma qeydə alınıb.

Cari il avqust ayının 1-nə bank sektorunun cəmi kapitalı 4 655,3 mln. manat təşkil edib. Bu isə ilin əvvəlinə nisbətən 1,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR