Azərbaycan bu il Fars körfəzi ölkələrinə ixracı 20%-dən çox artırıb

Azərbaycan bu il Fars körfəzi ölkələrinə ixracı 20%-dən çox artırıb
# 26 aprel 2021 13:20 (UTC +04:00)

Bu ilin I rübündə Azərbaycanın Fars körfəzinin ərəb ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 16,035 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,4% azdır.

Hesabat dövründə Azərbaycanın Fars körfəz ölkələrinə ixracı 7,555 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% çoxdur. Azərbaycanın sözügedən regiondan idxalı isə 8,480 mln. dollar təşkil edib. Bu, illik müqayisədə 13,6% azdır.

Beləliklə, hesabat dövründə Azərbaycanın Fars körfəzinin ərəb ölkələri ilə apardığı ticarət əməliyyatları nəticəsində 925,1 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 3,8 dəfə azdır.

Azərbaycanın Fars körfəzinin ərəb ölkələri ilə ticarət əməliyyatları:

#

Ölkə

Dövriyyə, mln. $

İllik müqayisə

Saldo, mln. $

İllik müqayisə

1

BƏƏ

8,299

-16,7%

-0,495

-5,7 dəfə

2

Səudiyyə Ərəbistanı

3,942

10,3%

-3,353

32,6%

3

İraq

3,549

61,3%

3,158

60,1%

4

Bəhreyn

0,195

2,2 dəfə

-0,195

2,7 dəfə

5

Küveyt

0,026

-5,4 dəfə

-0,023

45 dəfə

6

Oman

0,025

-5,3 dəfə

-0,017

-4 dəfə

7

Qətər

-

-

-

-

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR