Azərbaycan bu il Gürcüstanın əsas ixrac tərəfdaşlarından olub

Azərbaycan bu il Gürcüstanın əsas ixrac tərəfdaşlarından olub
# 20 iyul 2020 11:35 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi illik müqayisədə 18,2% azalaraq 5 053,9 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında deyilir.

Bildirilib ki, hesabat dövründə ixrac illik müqayisədə 16% azalaraq 1 503,4 mln. dollar təşkil edib, idxal isə 19,1% azalaraq 3 550,5 mln. dollara bərabər olub.

Yanvar-iyun ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin mənfi saldosu 2 047,0 mln. dollar təşkil edib ki, bu da ümumi xarici ticarət dövriyyəsinin 40,5%-nə bərabərdir.

Hesabat dövründə Gürcüstanın əsas ixrac tərəfdaşları Çin (205,1 mln. dollar), Azərbaycan (203,5 mln. dollar) və Rusiya (188,1 mln. dollar) olub.

Gürcüstanın ən çox mal və məhsullar idxal etdiyi ölkələr isə Türkiyə (697,4 mln. dollar), Rusiya (584,2 mln. dollar) və Çin (530,7 mln. dollar) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR