Azərbaycan bu il avtomobil yanacağının satışından 1 mlrd. manata yaxın gəlir əldə edib

Azərbaycan bu il avtomobil yanacağının satışından 1 mlrd. manata yaxın gəlir əldə edib
# 20 iyul 2020 12:40 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil benzini və dizel yanacağından əldə etdiyi gəlir 988,1 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 0,2% azalıb. Təkcə ötən ay əhali avtomobil yanacağına 180,8 mln. manat xərcləyib ki, bu da may ayı ilə müqayisədə 0,1% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4%-i avtomobil yanacağının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR