Azərbaycan əhalisinin banklardakı əmanətləri ilin əvvəlindən 9% azalıb

Azərbaycan əhalisinin banklardakı əmanətləri ilin əvvəlindən 9% azalıb
# 27 oktyabr 2020 12:57 (UTC +04:00)

Bu ilin oktyabr ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 7 834,2 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 40,2 mln. manat və ya 0,5%, ilin əvvəli ilə müqayisədə isə 803,7 mln. manat və ya 9,3% azalıb.

Ötən ilin eyni dövrünə nisbətən bu göstərici  771,1 mln. manat və ya 9% azalma deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR