Azərbaycan əhalisinin nağd rubl alışı artıb

Azərbaycan əhalisinin nağd rubl alışı artıb
# 28 iyul 2020 10:30 (UTC +04:00)

Bu ilin iyun ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd Rusiya rublu kütləsinin həcmi 168 672,5 min rubl təşkil edib ki, bu da may ayı ilə müqayisədə 0,4%, illik müqayisədə isə 32,7% azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd rubl kütləsinin həcmi yanvar-iyun ayları ərzində 1 641 216,5 min rubl olub. Bu isə öz növbəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% artım deməkdir.

Bundan başqa, iyun ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 1 347 580,8 min rubl təşkil edib ki, bu da aylıq müqayisədə 54,1% çoxdur, illik müqayisədə isə 1,4% azdır. Hesabata əsasən, bu ilin ilk yarısında əhalinin satdığı nağd rubl kütləsinin həcmi isə 6 199 526,3 min rubl olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% azalma olduğunu göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR