Azərbaycan iqtisadiyyatı 2,7% azalıb

Azərbaycan iqtisadiyyatı 2,7% azalıb
# 15 iyul 2020 16:03 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7% azalaraq 33 803,9 mln. manat təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə qeyri-neft ÜDM-i 2,5% azalaraq 23 043,5 mln. manata enib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3 393,7 manata bərabər olub və bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR