Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3%-ə yaxın azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3%-ə yaxın azalıb
# 15 iyul 2020 16:35 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 956,2 mln. manat vəsait yönəldilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.

Məlumata əsasən, bu müddətdə qeyri-neft sektoruna sərmayə qoyuluşu 15,5% azalaraq 3 177,8 mln. manat təşkil edib. Sərf olunmuş vəsaitin də 452 mln. manatı qeyri-neft sənayesinin payına düşüb və bu göstərici illik müqayisədə 25,7% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR