Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 6% artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 6% artıb
# 25 sentyabr 2020 15:04 (UTC +04:00)

Bu ilin sentyabr ayının 1-nə Azərbaycanın bank sektorunun kredit qoyuluşları 14 304,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu göstərici son bir ayda 99,7 mln. manat və ya 0,7% artıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 777,8 mln. manat və ya 5,7% artıb. Bu ilin əvvəlinə nisbətən isə kreditlərin həcmi 596,7 mln. manat və ya 4% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR