Azərbaycan kakao idxalını artırıb

Azərbaycan kakao idxalını artırıb
# 18 avqust 2020 14:10 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 39 244,14 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal olunub.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4,7% artıb.

Cari ilin yeddi ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,67%-a bərabər olub.

Hesabat dövründə ölkədən bu məhsul ixracının dəyəri 2 008,21 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 19,7% azdır.

Cari ilin yeddi ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,02% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR