Azərbaycan mobil rabitə operatorlarının gəlirləri artıb

Azərbaycan mobil rabitə operatorlarının gəlirləri artıb
# 14 aprel 2020 09:41 (UTC +04:00)

Bu ilin yanvar-mart ayında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 223,2 mln. manat təşkil edib. Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 40,8%-ni təşkil edib.

Komitədən həmçinin bildirilib ki, bu ilin birinci rübündə informasiya və rabitə müəssisələri tərəfindən 546,6 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 71,7%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 17,9% artıb. Bu sahədə əldə olunan gəlirin 79,8%-i qeyri-dövlət sektorunun payına düşüb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR