Azərbaycan optik peyk xidmətlərinin ixracını 19% artırıb

Azərbaycan optik peyk xidmətlərinin ixracını 19% artırıb
# 30 iyun 2020 12:01 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 19,1 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib. ASC-nin 2020-cu ilin yanvar-may aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, ABŞ, Fransa, Malayziya və BƏƏ-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR