Azərbaycan qızıl ixracını 14% artırıb

Azərbaycan qızıl ixracını 14% artırıb
# 31 avqust 2020 12:44 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində 96,5 mln. ABŞ dolları dəyərində qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ixrac olunub.

"APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.

Beləliklə, ölkənin qızıl ixracında ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% artım müşahidə olunub.

Qeyd edək ki, 2019-cu ilin yanvar-iyul ayları ərzində 85 mln. ABŞ dolları dəyərində qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR