Azərbaycan və İran tərcihli ticarət sazişinin imzalanmasını müzakirə edib

Azərbaycan və İran tərcihli ticarət sazişinin imzalanmasını müzakirə edib
# 16 sentyabr 2020 11:22 (UTC +04:00)

İran və Azərbaycan arasında tərcihli ticarət sazişinin imzalanmasına dair ekspert səviyyəsində danışıqların ilk mərhələsi keçirilib.

"APA-Economics"in IRNA-ya istinadən verdiyi məlumata görə, hər iki tərəfdən Xarici İşlər nazirliklərinin nümayəndələrinin və iqtisadçıların qatıldığı onlayn görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirməsi, o cümlədən tərcihli ticarət sazişinin imzalanması və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan və İran arasında imzalanacaq sazişin mətninin hazırlanması üçün yaxın gələcəkdə danışıqların növbəti mərhələsi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR