Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 90 mənzilə sahib olub

Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 90 mənzilə sahib olub
# 16 mart 2020 12:48 (UTC +04:00)

Bu ilin fevral ayında Azərbaycan vətəndaşları Türkiyədən 90 mənzil alıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.

Rəqəmlərin müqayisəsi göstərir ki, ötən ilin fevral ayı ilə müqayisədə ötən ay Türkiyədə ev alan azərbaycanlıların sayı 14,3% azalıb. Bu ilin yanvar ayı ilə müqayisədə isə ev alanların sayında 9,1% azalma müşahidə olunub.

Məlumata əsasən, yanvar-fevral ayı ərzində azərbaycanlılar tərəfindən cəmi 189 ev alınıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5,5% azdır.

Türkiyədən ev alan xarici vətəndaşların siyahısında Azərbaycan 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, bu ilin ilk iki ayı ərzində əcnəbilər tərəfindən Türkiyədən cəmi 7 993 ev alınıb. Ev alan əcnəbilərin siyahısında ilk üçlükdə İraq (1 430 ev), İran (1 399 ev) və Rusiya (536 ev) vətəndaşları yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR