Azərbaycan yanvar-mayda Gürcüstanın ikinci əsas ixrac tərəfdaşı olub

Azərbaycan yanvar-mayda Gürcüstanın ikinci əsas ixrac tərəfdaşı olub
# 19 iyun 2020 11:26 (UTC +04:00)

Cari ilin yanvar-may ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi illik müqayisədə 16,8% azalaraq 4 205,8 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat dövründə Gürcüstanın ixracı illik müqayisədə 16,2% azalaraq 1 235,7 mln. dollar təşkil edib, idxal isə 17% azalaraq 2 970,1 mln. dollara bərabər olub. Yanvar-may ayları ərzində Gürcüstanın xarici ticarətində mənfi saldo 1 734,4 mln. dollar təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 41,2%-ni təşkil edib.

Hesabat dövründə Gürcüstanın 10 əsas ticarət tərəfdaşına ixracı ümumi ixracın 77,2%-ni təşkil edib. Bu dövrdə Gürcüstanın əsas ixrac tərəfdaşları Çin (168,4 mln. dollar), Azərbaycan (167,4 mln. dolar) və Rusiya (157,1 mln. dollar) olub. Yanvar-may ayları ərzində Gürcüstanın əsas idxal tərəfdaşları isə Türkiyə (478,8 mln. dollar), Rusiya (336,9 mln. dollar) və Çin (274,7 mln. dollar) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR